Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Tramp bu ölkələri
Tramp bu ölkələri
Dünya

Tramp bu ölkələri HƏDƏLƏDİ

Xpress.az Redaksiyası 16.01.2026 23:59

Amerika Prezidenti Donald Tramp Fransa və Almaniyanı dərmanların qiymətini artırmağı nəzərdə tutan ABŞ-nin təklif etdiyi planla razılaşmasalar, onların məhsullarına qarşı rüsumlar tətbiq etməklə hədələyib.

O bu barədə Ağ Evdə səhiyyə məsələlərinə dair köməkçiləri ilə keçirdiyi müşavirədə bildirib.

Tramp qeyd edib ki, ABŞ-də bir çox dərmanların qiyməti Avropa ölkələrinə nisbətən xeyli yüksəkdir. Onun sözlərinə görə, Vaşinqton administrasiyası əczaçılıq sənayesi nümayəndələri ilə ABŞ sakinlərinin reseptlə alınan dərmanlar üçün bütün ölkələr arasında ən aşağı qiyməti ödəyəcəklərinə dair razılaşmalar əldə edib.

Bundan əlavə, Tramp bəyan edib ki, xərclərin bir hissəsi Avropa ölkələrindəki istehlakçılara ötürülə bilər.

"Amma bir problemimiz var. Digər ölkələr buna razı olmadılar. Fransa, Almaniya, Böyük Britaniya, bütün Avropa İttifaqı razı olmadı", - o, razılaşmalara nail olmaq üzrə aparılan məsləhətləşmələr barədə danışarkən qeyd edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək