Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Bu aviaşirkətlərə
Bu aviaşirkətlərə
Dünya

Bu aviaşirkətlərə XƏBƏRDARLIQ EDİLDİ

Xpress.az Redaksiyası 17.01.2026 15:49

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) aviaşirkətlərə Latın Amerikasının müəyyən ölkələri üzərindən uçuş edərkən ehtiyatlı olmağı tövsiyə edib. Bura Meksika, Mərkəzi Amerika ölkələri, Ekvador və Kolumbiya daxildir.

Məlumatı "Reuters" yayıb.

Pilotlara xəbərdarlıq 60 gün müddətində qüvvədə olacaq.

FAA bu qərarını bölgədəki mümkün hərbi fəallıq və GPS-naviqasiyasındakı pozuntularla əlaqəli risklərlə bağlayıb.

Agentliyin məlumatına görə, FAA-nın tövsiyələri ABŞ-nin Venesueladakı hərbi əməliyyatından və prezident Nikolas Maduronun tutulmasından sonra dərc edilib. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Meksikadakı narkokartelləri hədəf alacağı ilə hədələyib və Kolumbiyaya qarşı hərbi əməliyyat ehtimalını da istisna etməyib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək