Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Aşıq irsinin öyrənilməsinə
Aşıq irsinin öyrənilməsinə
Cəmiyyət

Aşıq irsinin öyrənilməsinə MÜHÜM TÖHFƏ - FOTO

Xpress.az Redaksiyası 25.01.2026 12:16

Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Göygöl Rayon Mədəniyyət Mərkəzinin və Qərbi Azərbaycan İcmasının (QAİ) Göygöl Rayon Nümayəndəliyinin birgə təşkilatçılığı ilə tibb üzrə fəlsəfə doktoru, yazıçı-publisist Abbas Göyçəgölün tərtib və nəşr etdirdiyi “Nərimanlı-Hüseynquluağalı aşıqları və şairləri” adlı kitabın təqdimat mərasimi keçirilib.

Xpress.az xəbər verir ki, tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, idarə, müəssisə və təşkilatların əməkdaşları, tanınmış söz adamları, ziyalılar, elm və mədəniyyət xadimləri, eləcə də bölgənin məşhur aşıqları iştirak ediblər.

Təqdimat mərasimi zamanı çıxış edən natiqlər kitabın elmi, tarixi və mədəni əhəmiyyətindən bəhs edib, nəşrin aşıq sənətinin, eləcə də bölgənin ədəbi-mədəni irsinin öyrənilməsi və təbliği baxımından mühüm mənbə olduğu vurğulanıb.

Qeyd olunub ki, kitab milli-mənəvi dəyərlərin qorunması, folklor irsinin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində müəllif Abbas Göyçəgölün yaradıcılığına dair fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb, kitab haqqında ətraflı məlumat verilib.

Çıxışlarda müəllifin uzun illər apardığı tədqiqatların nəticəsi olan bu əsərin ədəbiyyatşünaslıq və folklorşünaslıq sahəsinə dəyərli töhfə olduğu qeyd edilib.

Təqdimat mərasimi səmimi müzakirələr və xoş təəssüratlarla yadda qalıb, iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək