Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya İran üçün həyəcanlı həftə:
İran üçün həyəcanlı həftə:
Dünya

İran üçün həyəcanlı həftə: ABŞ "nöqtəvi zərbələri" müzakirə edir

Xpress.az Redaksiyası 27.01.2026 08:47

ABŞ yüksək vəzifəli iranlı məmurlara və komandirlərə zərbə endirməyi planlaşdıra bilər.

Xpress.az xarici mənbələrə  istinadən xəbər verir ki,

Vaşinqton onları etirazçıların qətllərində günahkar sayır. Mənbələrin məlumatına görə, zərbələrin bu həftə baş verəcəyi ehtimalı yüksəkdir.

Amma planlar dəyişə də bilər.
Keçmiş ABŞ kəşfiyyatçısı qeyd edib ki, Donald Tramp İranda hakimiyyət dəyişikliyi ideyasından əl çəkməyib. Tramp 26 yanvar Axios-a müsahibəsində İranda vəziyyətin “dəyişdiyini” və Təhəranın razılaşma bağlamağa maraqlı olduğunu bildirib.
ABŞ rəsmiləri deyib ki, hər hansı razılaşma zənginləşdirilmiş uranın çıxarılmasını, onun zənginləşdirilməsinin qadağan olunmasını, uzaqmənzilli raket ehtiyatlarının məhdudlaşdırılmasını və regional proksi qruplara dəstək siyasətinin dəyişdirilməsini əhatə etməlidir.
İranda etirazlar 2025-ci ilin dekabrında iqtisadi narazılıqlar səbəbindən başlayıb. Təhəran ABŞ və İsraili iğtişaşların təşkilində ittiham edib. Tramp əvvəlcə hərbi əməliyyatla hədələyib, lakin sonra bu fikrindən daşınıb.

Afaq

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək