Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya AŞPA-nın Qış Sessiyasında Azərbaycanla bağlı tənqi...
AŞPA-nın Qış Sessiyasında Azərbaycanla bağlı tənqidi çıxışlar gözlənilir –
Dünya

AŞPA-nın Qış Sessiyasında Azərbaycanla bağlı tənqidi çıxışlar gözlənilir – Strasburqdan eksklüziv

Xpress.az Redaksiyası 27.01.2026 09:04

Yanvarın 26-da Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2026-cı il Qış Sessiyası öz işinə başlayıb. Bu dəfəki sessiyanın gündəliyində beynəlxalq təhlükəsizlik, regional münaqişələr, insan hüquqları və Avropanın siyasi gündəliyi ilə bağlı bir sıra aktual mövzular yer alır. 

Hazırda Strasburqda olan hüquq müdafiəçisi Əhməd Şahidov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2026-cı il Qış Sessiyası ilə bağlı XPress.az-a eksklüziv açıqlama verib.

Əhməd Şahidov bildirib ki, Qış Sessiyasında beynəlxalq nizam üçün təhdidlər, Qrinlandiya ətrafında yaranmış vəziyyət, Yaxın Şərqdəki siyasi böhran və Avropa Sosial Xartiyasının 65 illiyi müzakirə olunur. Sessiya ərzində Ukraynada sülh və Avropanın təhlükəsizliyi, beynəlxalq hüquqa hörmət, humanitar məsələlər və böhran şəraitində seçkilər kimi mövzular da diqqət mərkəzindədir.

Ə. Şahidov qeyd edib ki, Azərbaycan nümayəndə heyəti artıq bir neçə ildir AŞPA sessiyalarında iştirak etmir və Bakı ilə AŞPA arasında münasibətlər soyuq olaraq qalır. Onun sözlərinə görə, uzun illərdir bu platformada Azərbaycanla bağlı qərəzli və birtərəfli çıxışlar səsləndirilib, xüsusilə Qarabağ münaqişəsi dövründə reallığı əks etdirməyən mövqelər açıq şəkildə müşahidə olunub. Hüquq müdafiəçisi qeyd edib ki, məhz bu səbəbdən Azərbaycan bu qurumdan obyektiv mövqe gözləmir.

O vurğulayıb ki, cari sessiyada da Azərbaycanla bağlı tənqidi çıxışların səsləndirilməsi ehtimalı yüksəkdir və xüsusilə ölkədə son dövrdə baş verən həbslərlə bağlı bəzi AŞPA üzvlərinin çıxışları gözlənilir. Bununla yanaşı, Əhməd Şahidov bildirib ki, Azərbaycan Avropa Şurasının və AŞPA-nın tam hüquqlu üzvü olaraq qalır və uzunmüddətli perspektivdə ölkənin bu platformaya qayıtması milli maraqlara uyğundur. Onun fikrincə, AŞPA-da iştirak Azərbaycanın mövqeyini birbaşa ifadə etmək və qərəzli yanaşmalara yerində cavab vermək baxımından vacibdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək