Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Ukrayna MDB sərhədlərinin mühafizəsi üzrə müqavilə...
Ukrayna MDB sərhədlərinin mühafizəsi üzrə müqavilədən
Dünya

Ukrayna MDB sərhədlərinin mühafizəsi üzrə müqavilədən çıxdı

Xpress.az Redaksiyası 27.01.2026 13:16

Ukrayna Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində dövlət sərhədlərinin və dəniz iqtisadi zonalarının mühafizəsini nəzərdə tutan müqavilədə iştirakına rəsmi olaraq xitam verib.

Ukrayna Prezidenti Vladimir Zelenski bununla bağlı müvafiq fərman imzalayıb. Sənəd dövlət başçısının rəsmi saytında dərc olunub.

Fərmanda qeyd edilir ki, Ukrayna 20 mart 1992-ci ildə Kiyevdə MDB-yə üzv dövlətlər arasında imzalanmış “dövlət sərhədlərinin və dəniz iqtisadi zonalarının mühafizəsi haqqında” müqavilədən çıxır.

Qərarın qüvvəyə minmə tarixi və praktiki nəticələri ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək