Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya ABŞ-də güclü fırtına nəticəsində ölənlərin sayı 26...
ABŞ-də güclü fırtına nəticəsində ölənlərin sayı 26-ya
Dünya

ABŞ-də güclü fırtına nəticəsində ölənlərin sayı 26-ya çatıb

Xpress.az Redaksiyası 27.01.2026 14:26

25–26 yanvar gecəsi ABŞ ərazisini bürüyən “Qıjı” adlı güclü qar fırtınası nəticəsində azı 26 nəfər həyatını itirib.

Bu barədə The New York Post (NYP) nəşri yayıb.

Bildirilib ki, ölənlər arasında xizək sürmə zamanı baş verən qəzalar nəticəsində həyatını itirən iki yeniyetmə, fırtına zamanı bardan çıxarkən həlak olan ibtidai sinif müəllimi, eləcə də Men ştatında şəxsi təyyarənin qəzaya uğraması nəticəsində ölən yeddi nəfər var.

Fırtına ölkə üzrə ciddi fəsadlara yol açıb. Belə ki, 500 mindən çox ev elektrik enerjisiz qalıb.

Qeyd edək ki, daha əvvəl qar fırtınası ilə əlaqədar 18 ölüm hadisəsi barədə məlumat verilmişdi.

Hazırda 23 ştatda fövqəladə vəziyyət elan olunub. Sinoptiklərin proqnozlarına görə, həftə ərzində ABŞ-da qar yağışı, çovğunlar, yağışlar və şaxtalı hava şəraiti davam edəcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək