İdman
15 milyonluq təklifi GERİ ÇEVİRDİLƏR
Xpress.az Redaksiyası
28.01.2026 14:50
“Fənərbaxça” “Reyncers”in hücumçusu Yussef Çermitinin transferini reallaşdıra bilməyib.
Türkiyə klubu Şotlandiya klubunun 21 yaşlı forvardı üçün qarşı tərəfə 15 milyon avroluq təklif göndərmişdi. Lakin Qlazqo təmsilçisi bunu geri çevirib.
Portuqaliyalı mərkəz hücumçusunun “Reyncers”lə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
O, karyerası ərzində “Sportinq” və “Everton” klublarında da oynayıb.