Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman Qurban Qurbanovdan riskli qərar:
Qurban Qurbanovdan riskli qərar:
İdman

Qurban Qurbanovdan riskli qərar: “Qarabağ” Enfilddə hər şeyi ortaya qoyur

Xpress.az Redaksiyası 28.01.2026 15:04

“Qarabağ” bu gün səfərdə “Liverpul”a qarşı sözün əsl mənasında ölüm-dirim mübarizəsinə çıxacaq. UEFA Çempionlar Liqasının liqa mərhələsinin son turunda bir çox maraqlı qarşılaşmalar baş tutsa da, məhz “Qarabağ” – “Liverpul” oyunu xüsusi diqqət mərkəzindədir. Çünki hər iki komanda meydana yalnız qələbə üçün çıxacaq və hər iki tərəfin bu üç xala ciddi ehtiyacı var”.
Bu sözləri Xpress.az-a açıqlamasında idman jurnalisti Ağa Dadaşzadə bildirib.
Onun sözlərinə görə, “Qarabağ” üçün bu qarşılaşma pley-off şansını qorumaq baxımından həlledici əhəmiyyət daşıyır:
“Liverpul” isə ilk səkkizliyə düşmək üçün mütləq qalib gəlməlidir. Bu amil oyunun tempinin və gərginliyinin son dərəcə yüksək olacağından xəbər verir”.
Ağa Dadaşzadə futbolun sürprizlərlə zəngin oyun olduğunu da vurğulayıb:
“Bu futboldur və burada hər an hər şey dəyişə bilər. “Qarabağ” bu görüşdə sürprizə imza ata biləcək komandadır. Son oyunlara nəzər salsaq, həm “Qarabağ”, həm də “Liverpul” hücumda effektiv futbol nümayiş etdirir. Düşünürəm ki, hər iki komandanın qol vurması real ehtimaldır”.
Jurnalist qeyd edib ki, “Liverpul” son turlarda çempionat matçlarında müəyyən xal itkiləri yaşasa da, buna baxmayaraq meydanda yüksək səviyyəli mübarizə aparır:
“Onların hətta ehtiyat heyəti belə kifayət qədər güclüdür. Komanda əzmkar, sonadək döyüşən futbolçulardan formalaşıb”.
A.Dadaşzadə xüsusilə baş məşqçi Qurban Qurbanovun bu oyuna yanaşmasını önə çəkib:
“Qurban Qurbanov bu qarşılaşmaya mövsümün ən vacib oyunu kimi yanaşır. Güman edirəm ki, baş məşqçimiz bu matçı son oyun kimi dəyərləndirir və komandadan maksimum nəticə gözləyir. Bu yanaşma “Qarabağ”ın Enfilddə daha cəsarətli və inamlı çıxış etməsinə səbəb ola bilər”.
Sonda o, azarkeşləri maraqlı qarşılaşma gözlədiyini bildirib:
“İnanıram ki, bizi baxımlı, gərgin və futbol baxımından yüksək səviyyəli bir oyun gözləyir. Hətta analitiklər də bu gün axşam yanıla bilər. Çünki onların əksəriyyəti “Qarabağ”ın şanslarını cüzi dəyərləndirir”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək