Dünya
Strasburqda PKK tərəfdarlarının yürüşü keçirilib - EKSKLÜZİV
Xpress.az Redaksiyası
28.01.2026 16:31
Fransanın Strasburq şəhərində bir qrup PKK tərəfdarı şəhərin mərkəzi küçələri ilə yürüş keçirib. Xpress.az xəbər verir ki, yürüş iştirakçıları müxtəlif bayraq və simvollarla hərəkət edərək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) binası qarşısına toplaşıblar.
Aksiya zamanı şüarlar səsləndirilib, təhlükəsizlik tədbirləri isə yerli polis qüvvələri tərəfindən təmin olunub. Hadisə zamanı ciddi insident qeydə alınmayıb.
Qeyd edək ki, PKK Türkiyə tərəfindən terror təşkilatı kimi tanınır və bu cür aksiyalar Avropanın müxtəlif şəhərlərində zaman-zaman müşahidə olunur.