Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Məktəbli qız polisə
Məktəbli qız polisə
Dünya

Məktəbli qız polisə ZƏNG EDƏRƏK...

Xpress.az Redaksiyası 28.01.2026 18:47

Rusiyanın Jeleznoqorsk şəhərində 12 yaşlı məktəbli qız polisə zəng edərək özünü qaçırılmış kimi təqdim edib. O, göz yaşları içində qaçırıldığını və zirzəmiyə aparıldığını iddia edib.

Kras Mash Telegram kanalına istinadən xəbər verir ki, polis əməkdaşları və könüllülər şəhərin qarajları və zirzəmilərində qızı axtarmaq üçün bir neçə saat vaxt sərf ediblər.

Lakin araşdırmalar zamanı məlum olub ki, qız bütün bu müddət ərzində evdə olub. O, darıxdığını və polisin nə qədər tez gələcəyini yoxlamaq məqsədilə belə bir “sınaq” aparmaq qərarına gəldiyini etiraf edib.

Hazırda yetkinlik yaşına çatmayanların işləri üzrə şöbə tərəfindən araşdırma aparılır. Məktəbli qızın valideynləri isə övladlarının davranışına nəzarəti düzgün təmin etmədiklərinə görə inzibati məsuliyyətlə üzləşə bilərlər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək