Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Amerikalı fizik cənnətin yerini tapdığını iddia ed...
Amerikalı fizik cənnətin yerini tapdığını iddia edib
Dünya

Amerikalı fizik cənnətin yerini tapdığını iddia edib

Xpress.az Redaksiyası 29.01.2026 08:43

Amerikalı fizik və Harvard Universitetinin keçmiş professoru Maykl Gillen Müqəddəs Kitabda yazan cənnətin yerini tapdığını açıqlayıb.

 Bu barədə Bakıvaxtı.az-a istinadən xəbər verir. 

Alim cənnətin kosmik üfüqdən kənarda olduğuna dair fərziyyə irəli sürüb. Onun fikrincə, zaman müşahidə edilə bilən kainatın xaricində sabitdir. O, orada keçmiş, indiki və gələcək məhfumlarının olmadığına inanır. Gillen qeyd edib ki, bu fenomen Müqəddəs Kitabda təsvir edilən cənnətə uyğundur.

Lakin əksər astronomların fikri fərqlidir. Onlar iddia edirlər ki, müşahidə edilə bilən kainatın xaricində işıq sürətinin məhdud olması səbəbindən görə bilmədiyimiz başqa kainat var.

Qeyd edək ki, daha əvvəl komadan ayılan 72 yaşlı amerikalı neyrocərrah Eben Aleksandr bacısı ilə axirətdə görüşdüyünü açıqlamışdı. Aleksandr koma zamanı şüurunun başqa bir dünyaya daşındığını və oranın cənnət olduğunu söyləmişdi. 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək