Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Rusiyada miqrantların
Rusiyada miqrantların
Dünya

Rusiyada miqrantların sayı azaldı

Xpress.az Redaksiyası 29.01.2026 14:02

Rusiyada yaşayan xarici vətəndaşların sayı 10% azalaraq 5,7 milyon nəfər təşkil edib.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri üzrə analitik şöbəsinin müdiri Aleksandr Perejoqin “Rusiyanın Yeni Miqrasiya Siyasəti” konfransında deyib.

“Müqayisə üçün, ötən ilin yanvar ayında Rusiyada təxminən 6,3 milyon əcnəbi yaşayırdı. Azalmanın əsas səbəbi yetkinlik yaşına çatmayan xarici vətəndaşların sayının təxminən 25% azalması olub”, - o bildirib.

Moskva Vəkillər Kollegiyasının üzvü Anna Minuşkina isə qeyd edib ki, miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi də bu prosesə təsir edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək