Dünya
ABŞ-də qar fırtınasında ölənlərin sayı 73-ə çatdı
Xpress.az Redaksiyası
29.01.2026 15:05
ABŞ-nin böyük hissəsində tüğyan edən güclü qar fırtınası nəticəsində ölənlərin sayı 73-ə çatıb.
Bu barədə “CBS News” məlumat yayıb.
Qeyd edək ki, ABŞ-nin Milli Meteorologiya Xidməti temperaturun gələn həftə ərzində də normadan xeyli aşağı qalacağını açıqlayıb. Növbəti həftə ərzində əhalinin təxminən 80%-nin yaşadığı ərazilərdə temperaturun sıfırdan aşağı olacağı gözlənilir.
Xatırladaq ki, daha əvvəl Nyu-York meri Zohran Mamdani 10 nəfərin küçədə ölü aşkarlandığını açıqlamışdı.