Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya İran gəmisi Xəzər dənizində
İran gəmisi Xəzər dənizində
Dünya

İran gəmisi Xəzər dənizində QƏZAYA UĞRAYIB

Xpress.az Redaksiyası 29.01.2026 16:12

İrana məxsus yük gəmisi Xəzər dənizində qəzaya uğrayıb.

“Caspian Shiva adlı toplu yük daşıyıcısı Mahaçqala dəniz limanına doğru hərəkət edərkən naməlum mənşəli çuxurla toqquşub.

Hadisədən sonra gəmi quruya oturub və su almağa başlayıb. Su sürətlə mühərrik otağına və gəminin yük bölməsinə dolub. Gəmidə 10 heyət üzvü olub, xəsarət alan yoxdur.

Hazırda Xəzər dənizində hava şəraiti əlverişsizdir — dalğaların hündürlüyü təxminən iki metrə çatır, buna görə xilasetmə əməliyyatına başlamaq mümkün deyil. Məlumata görə, “Rosmorport”şirkətinə məxsus bir neçə yedək gəmisi hazır vəziyyətə gətirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək