Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Rusiya 1000, Ukrayna 38 hərbçinin meyitini təhvil...
Rusiya 1000, Ukrayna 38 hərbçinin meyitini təhvil verdi
Dünya

Rusiya 1000, Ukrayna 38 hərbçinin meyitini təhvil verdi

Xpress.az Redaksiyası 29.01.2026 17:01

Rusiya və Ukrayna həlak olmuş hərbçilərin meyitlərinin mübadiləsini həyata keçirib. 

Bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski öz teleqram kanalında açıqlayıb.

Ölmüş hərbçilərin növbəti mübadiləsinin İstanbul razılaşmaları çərçivəsində baş tutduğu bildirilir.

Medinskinin sözlərinə görə, mübadilə çərçivəsində Ukrayna tərəfinə 1000, Rusiya tərəfinə isə 38 ölmüş hərbçinin meyiti verilib.

Xatırladaq ki, bundan əvvəl sonuncu mübadilə ötən il noyabrın 20-si baş tutub. Həmin vaxt Rusiya Ukraynaya 1000 hərbçinin meyitini təhvil verib, əvəzində 30 hərbçinin meyitini almışdı.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək