Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya ATƏT-ə üzv 24 ölkə Gürcüstanla bağlı
ATƏT-ə üzv 24 ölkə Gürcüstanla bağlı
Dünya

ATƏT-ə üzv 24 ölkə Gürcüstanla bağlı missiya yaradır

Xpress.az Redaksiyası 29.01.2026 19:17

ATƏT-ə üzv 24 ölkə Gürcüstanla bağlı ekspert missiyası yaradır.

Bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Gürcüstanda insan haqları ilə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq 24 ölkə ATƏT-in “Moskva mexanizmi”ni aktivləşdirib.

Faktaraşdırıcı missiya Gürcüstanla bağlı obyektiv və qərəzsiz hesabat və tövsiyələr hazırlayacaq. Birgə bəyanatda Gürcüstana əməkdaşlıqla və missiyanın işinə şəraitin yaradılması ilə bağlı çağırış yer alıb.

Sənədə Albaniya, Avstriya, Belçika, Bosniya və Herseqovina, Kanada, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Almaniya, İrlandiya, İslandiya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Moldova, Monteneqro, Niderland, Norveç, Sloveniya, Ukrayna, Böyük Britaniya və İsveç qoşulub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək