Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Avropa İttifaqından dörd jurnalistə
Avropa İttifaqından dörd jurnalistə
Dünya

Avropa İttifaqından dörd jurnalistə SANKSİYA

Xpress.az Redaksiyası 29.01.2026 21:05

Avropa İttifaqı (Aİ) rusiyalı teleaparıcılar Dmitri Quberniyev, Pavel Zarubin, Yekaterina Andreyeva və Mariya Sitteli sanksiya siyahısına daxil edib.

Bu barədə Avropa İttifaqı Şurasının Aİ-nin "Rəsmi jurnalı"nda dərc olunmuş qərarında deyilir.

Siyahıya həmçinin balet artisti Sergey Polunin və "Roma Jiqan" ləqəbi ilə çıxış edən repçi Roman Çumakov da düşüb.

Aİ adıçəkilən bütün Rusiya vətəndaşlarını öz peşəkar jurnalistika və yaradıcılıq fəaliyyətləri çərçivəsində Rusiya Federasiyası hökumətinin Ukrayna ilə bağlı hərəkətlərini həyata keçirməkdə və dəstəkləməkdə ittiham edib.

Aİ-nin fərdi sanksiyaları birlik ərazisinə giriş qadağasını və Avropa banklarındakı istənilən maliyyə aktivlərinin dondurulmasını nəzərdə tutur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək