Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya ABŞ Venesuela ilə uçuşları bərpa edir
ABŞ Venesuela ilə uçuşları bərpa edir
Dünya

ABŞ Venesuela ilə uçuşları bərpa edir

Xpress.az Redaksiyası 29.01.2026 22:47

ABŞ Prezidenti Donald Tramp Venesuela üzərindəki hava məkanını kommersiya aviasiyasına açacaq.

Bu haqda TASS məlumat yayıb.

“Mən indicə Venesuela Prezidenti Delsi Rodrigeslə danışdım və ona bildirdim ki, biz Venesuela üzərindəki hava məkanını kommersiya aviasiyasına açacağıq”, - o qeyd edib.

Tramp bildirib ki, ABŞ vətəndaşları tezliklə Venesuelaya uça və orada özlərini təhlükəsiz hiss edə biləcəklər.

Amerika liderinin sözlərinə görə, ölkənin hava məkanının açılması ilə bağlı qərar günün sonuna qədər qüvvəyə minməlidir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək