Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Azərbaycan bu ölkənin vətəndaşlarına vizasız giriş...
Azərbaycan bu ölkənin vətəndaşlarına vizasız girişi
Dünya

Azərbaycan bu ölkənin vətəndaşlarına vizasız girişi TƏMİN EDƏCƏK

Xpress.az Redaksiyası 30.01.2026 12:14

Azərbaycan Honkonq Xüsusi İnzibati Bölgəsinin pasportuna malik şəxslər üçün vizasız giriş rejimi tətbiq edəcək.

Honkonq Hökumətinin İnformasiya Departamentinə istinadən xəbər verir ki, 2 fevral 2026-cı ildən 2 fevral 2027-ci ilədək Honkonqun etibarlı pasportlarına sahib vətəndaşlar Azərbaycana vizasız səfər edə biləcəklər.

Məlumata əsasən, vizasız giriş rejimi göstərilən müddət ərzində maksimum üç dəfə ölkəyə daxil olmağa imkan verəcək. Hər bir səfər zamanı ölkədə fasiləsiz qalma müddəti 30 gündən çox olmayacaq.

Honkonq İmmiqrasiya Departamentinin sözçüsü bildirib ki, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsündə iştirak edən ölkələrdən biridir. Onun sözlərinə görə, bu qərar Honkonq ilə Azərbaycan arasında səyahətləri asanlaşdırmaq, turizm əlaqələrini genişləndirmək, eləcə də mədəni və iqtisadi mübadilələri inkişaf etdirmək məqsədi daşıyır.

Qeyd olunub ki, viza prosedurlarının sadələşdirilməsi tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək