Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Bu ölkədə FÖVQƏLADA VƏZİYYƏT
Bu ölkədə FÖVQƏLADA VƏZİYYƏT
Dünya

Bu ölkədə FÖVQƏLADA VƏZİYYƏT ELAN EDİLİB

Xpress.az Redaksiyası 30.01.2026 13:18

Argentina hökuməti ölkədə davam edən genişmiqyaslı meşə yanğınları səbəbindən La Pampa əyalətində və Pataqoniya bölgəsinin üç vilayətində fövqəladə vəziyyət elan edib.

Bu barədə Argentinahökumətinin sözçüsü Manuel Adorni açıqlamaverib.

O, sosial şəbəkə X hesabında yazıb:
“Hazırda Çubut, Rio Neqro, Neuken və La Pampa əyalətlərində baş verən yanğınlarla əlaqədar fövqəladə vəziyyətin tətbiq olunmasını nəzərdə tutan fövqəladə fərmanın imzalanması gözlənilir”.

Məlumata görə, Argentinanın cənub bölgələrində meşə yanğınları artıq bir neçə həftədir davam edir. Yanğınlar La Pampa əyalətində 168 min hektardan çox, Çubutda 45 min hektar, Rio Neqroda 10 min hektar, Neukendə isə 6 min hektar ərazini əhatə edib.

Yanğın zonasına həmçinin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Los Alerces Milli Parkı da daxildir. Hadisə ilə bağlı fövqəladə xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək