Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Əraqçi: İran ABŞ ilə danışıqlara hazırdır
Əraqçi: İran ABŞ ilə danışıqlara hazırdır
Dünya

Əraqçi: İran ABŞ ilə danışıqlara hazırdır

Xpress.az Redaksiyası 30.01.2026 15:49

İran danışıqlara hazırdır.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İran nüvə müzakirələrinə qayıtmağa hazırdır: “Keçmiş təcrübə ABŞ-ın dialoqda xoş niyyətinin və dürüstlüyünün olmadığını göstərsə də, İran hələ də nüvə danışıqlarına davam etməyə hazırdır”.

Əraqçi deyib ki, nüvə silahı İranın hərbi doktrinasında və təhlükəsizlik hesablamalarında heç bir yerə malik deyil. Belə ki, Tehranın nüvə fəaliyyəti tamamilə dinc məqsədlər üçündür: “Biz etimadı bərpa etmək məqsədilə bərabər mövqedən çıxış edən və qarşılıqlı hörmət əsasında olan danışıqlara hazırıq”.

İranlı nazir qeyd edib ki, danışıqlar məsələsi ilə bağlı Amerika hökuməti müxtəlif vasitəçilər vasitəsilə dəfələrlə Tehrana müraciət edib və bu tələblər davamlı şəkildə yenilənir: “İran İslam Respublikasının isə danışıqlar aparmaqla bağlı heç bir problemi yoxdur. İran danışıqlar aparmaq niyyətindədir, ancaq danışıqlara təhdidlə başlamaq olmaz. İlk növbədə təhdid dili kənara qoyulmalıdır”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək