Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Latviyada nə baş verir? -
Latviyada nə baş verir? -
Dünya

Latviyada nə baş verir? - Daha bir NATO hərbçisinin meyiti tapıldı

Xpress.az Redaksiyası 01.02.2026 07:19

Latviyanın paytaxtında Kanada əsgərinin meyiti tapılıb.

Bu barədə "Delfi" nəşri məlumat yayıb. Sayt Latviyanın müdafiə naziri Andris Sprudsa istinad edib.

"Dərin kədər hissi ilə Kanada əsgəri Sebastian Halmadjiyanın NATO-nun kollektiv müdafiəsinin bir hissəsi kimi Latviyada xidmət edərkən vəfat etməsini elan edirəm",- nazir bildirib.

O, mərhumun ailəsinə və əsgər yoldaşlarına başsağlığı verib.

Jurnalistlərin məlumatına görə, Kanada Silahlı Qüvvələrinin Hərbi Polisi hadisə ilə bağlı araşdırmaya başlayıb. Prosesdə Latviya hüquq-mühafizə orqanlarının da iştirakı gözlənilir. Məqalə müəllifləri onu da əlavə ediblər ki, hadisə Latviyada yerləşdirilmiş hərbi qulluqçularla bağlı təhlükəsizlik təhdidinin artmasını göstərir.

Faktı NATO-nun Latviyadakı Çoxmillətli Briqadası da təsdiq edib. Briqadanın Facebook səhifəsi müəmmalı ölümlə bağlı başsağlığı paylaşımı edib.

Xatırladaq ki, bir neçə ay öncə də Latviyada Kanada zabitinin meyiti tapılmışdı. Corc Xol adlı zabit ötən ilin sentyabrında itkin düşmüşdü.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək