Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Günəşdə üç güclü partlayış
Günəşdə üç güclü partlayış
Dünya

Günəşdə üç güclü partlayış BAŞ VERİB

Xpress.az Redaksiyası 01.02.2026 15:00

Fevralın 1-i səhər saatlarında Günəşdə M sinfinə məxsus üç partlayış qeydə alınıb.

Bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Fevralın 1-də Moskva vaxtı ilə saat 5:05-də (Bakı vaxtı ilə saat 6:05-də) 4366 (N11E47) Günəş ləkəsi qrupunda rentgen diapazonunda 20 dəqiqə davam edən M1.7 partlayışı baş verib", - deyə məlumatda bildirilib.

Bundan əlavə M sinfindən daha iki partlayış (M1.0 və M1.9) qeydə alınıb və onlar müvafiq olaraq 19 və 27 dəqiqə davam ediblər.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək