Zelenskinin arxasında Qərb liderləri dayanır? - İDDİA
Ukrayna münaqişənin həlli ilə bağlı danışıqlara daha zəif mövqedən yanaşır, Kiyev rejiminin lideri Vladimir Zelenski isə Rusiya ilə hərbi qarşıdurmanın davam etməsində maraqlı olan Qərb liderləri tərəfindən dəstəklənir.
Bu barədə İtaliyanın Ermənistandakı keçmiş səfiri, müxalifətdə olan parlamentdənkənar Suveren Xalq Demokratiyası Partiyasının nümayəndəsi Bruno Skapini RİA Novosti agentliyinə verdiyi müsahibədə bildirib.
Agentliyin məlumatına görə, Skapini qeyd edib:
“Zelenskinin əlində, şübhəsiz ki, əvvəlkindən daha az kart var. Düşünmürəm ki, Zelenski danışanda Ukrayna özü danışır.”
Keçmiş diplomatın fikrincə, hərbi münaqişəni davam etdirmək əzmində olan Qərb liderləri Kiyev rejiminin rəhbərinin arxasında dayanır.
“Zelenski Avropa liderlərinin əvvəlcədən müəyyən edilmiş mövqeyi olmadan bir addım belə atmır”, – deyə Skapini yekunlaşdırıb.
Xpress.az