Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman Ronaldo "Əl-Nəsr"in heyətindən çıxarıldı -
Ronaldo "Əl-Nəsr"in heyətindən çıxarıldı -
İdman

Ronaldo "Əl-Nəsr"in heyətindən çıxarıldı - Nə baş verir?

Xpress.az Redaksiyası 02.02.2026 21:52

Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında "Ər-Riyad" klubuna qarşı bu gün keçirilən oyunda "Əl-Nəsr"in heyətinə daxil edilməyib.

Axar.az xəbər verir ki, qarşılaşma Ronaldonun yoxluğunda "Əl-Nəsr"in 1-0 hesablı qələbəsi ilə başa çatıb.

Ehtimal olunur ki, Ronaldo Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PİF) klubun idarəetmə tərzindən narazı olduğu üçün heyətdən kənarlaşdırılıb. Onun qarşıdakı görüşlərdə iştirakı sual altındadır.

Qeyd edək ki, bundan öncə Ronaldo "Ər-Riyad"la görüşü boykot etmiş və oyuna çıxmamaqda qərarlı olduğunu bəyan etmişdi.

O, eyni fondun nəzarətində olan rəqib klublarla müqayisədə "Əl-Nəsr"in daha zəif idarə olunduğunu düşünür. Ronaldo hesab edir ki, komanda transfer pəncərəsində lazımi səviyyədə gücləndirilməyib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək