Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Rusiyada FACİƏ: məktəbli elektrik cərəyanı vurması...
Rusiyada FACİƏ: məktəbli elektrik cərəyanı vurmasından
Dünya

Rusiyada FACİƏ: məktəbli elektrik cərəyanı vurmasından Ölüb

Xpress.az Redaksiyası 03.02.2026 15:02

Rusiyanın Leninqrad vilayətində məktəbli vannada elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Hadisə Boksitoqorsk şəhərində baş verib.

Bu barədə “78” Telegram kanalı fevralın 2-də xəbər yayıb. İlkin məlumata əsasən, 13 yaşlı oğlan vanna qəbul edərkən doldurulan mobil telefonu suya düşüb və nəticədə elektrik cərəyanı vurması baş verib.

Valideynlər uşağın meyitini hamam otağında aşkar ediblər.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin səhlənkarlıqdan ölümə səbəb olma maddəsi üzrə cinayət işi açılıb. Hazırda istintaq hərəkətləri aparılır, hadisənin dəqiq səbəbləri və başvermə şəraiti araşdırılır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək