Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Körpü ÇÖKDÜ:
Körpü ÇÖKDÜ:
Dünya

Körpü ÇÖKDÜ: ÖLƏNLƏR VAR-Bu ölkədə

Xpress.az Redaksiyası 03.02.2026 17:03

Çinin şərqindəki Jiangsu əyalətində körpünün uçması nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.

Xinhua agentliyinə istinadən xəbər verir ki,xilasedicilər əvvəllər itkin düşmüş hesab edilən üç nəfərin cəsədini dağıntılar altından çıxarıblar. Daha əvvəl iki ölüm hadisəsi barədə məlumat verilmişdi.

Hadisə 2 fevral axşamı Yançenq şəhərində tikilməkdə olan dəmir yolu körpüsünün tağüstü hissəsinin uçması nəticəsində baş verib. Mühəndislik işlərinə Çin Dəmir Yolu Tikinti Korporasiyasının (CRCC) 12-ci Bürosu cavabdeh olub.

Hadisə yerində xilasetmə əməliyyatları başa çatıb. Körpünün uçmasının səbəbləri araşdırılır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək