Dünya
Günəş aktivliyinin artması Yerə təsir göstərməyə başlayıb
Xpress.az Redaksiyası
04.02.2026 13:22
Günəş aktivliyinin artması Yer kürəsində narahatlıq yaradıb.
RİA Novosti xəbər verir ki, fevral ayında Günəşdə müşahidə olunan aktivliyin artması nəticəsində yaranan ilk təsirlər Yerə çatıb.
Məlumata görə, bu pozuntular həcminə görə kiçikdir və güclü maqnit fırtınalarına səbəb olmayacaq. Ehtimal edilir ki, baş verə biləcək geomaqnit fırtınaları zəif səviyyədə olacaq.
Nəşr bildirir ki, Günəşdən gələn emissiyaların əsas hissəsi Yer kürəsinin yanından keçəcək və planet üçün ciddi təhlükə yaratmayacaq.