Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya "Falcon 9" raketlərinin buraxılışı
"Falcon 9" raketlərinin buraxılışı
Dünya

"Falcon 9" raketlərinin buraxılışı DAYANDIRILDI

Xpress.az Redaksiyası 04.02.2026 21:39

Amerikalı milyarder İlon Maskın “SpaceX” şirkəti fevralın 2-də buxarılışı zamanı qeydə alınan nasazlıqla əlaqədar “Falcon 9” raketlərinin buraxılışını dayandırıb.

Problem “Starlink” sisteminə aid 25 peykdən ibarət qrupun ikinci pillədən ayrılmasından sonra həmin pillənin orbitdən çıxarılması zamanı baş verib.

Plana əsasən, “Falcon 9” raketinin növbəti buraxılışı 6 fevral tarixinə nəzərdə tutulurdu.

Məlumata görə, raket buraxılışlarına və onların ictimai təhlükəsizliyə təsirinə nəzarət edən ABŞ Federal Mülki Aviasiya Administrasiyasının nümayəndəsi ABŞ-də şatdaun fonunda ödənişsiz məzuniyyətə göndərilib və “Reuters” agentliyinin sorğusuna cavab verməyib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək