Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Silahlı cinayətkar qrup zərərsizləşdirildi-
Silahlı cinayətkar qrup zərərsizləşdirildi-
Dünya

Silahlı cinayətkar qrup zərərsizləşdirildi- BU ÖLKƏDƏ

Xpress.az Redaksiyası 04.02.2026 22:14

Ermənistanda qətllər hazırlayan silahlı cinayətkar qrup aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, polis tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, bir qrup şəxs cinayətkar dəstə yaradaraq qanunsuz silah-sursat əldə edib, adam öldürməyə, quldurluq basqınlarına və mənzil oğurluqlarına hazırlaşıblar.

"Həmin şəxslər müxtəlif insanların şəxslərarası və maliyyə problemlərinə müdaxilə edərək, yüksək kriminal nüfuz statusuna malik şəxslərə müraciət ediblər, habelə kriminal subkultura daşıyan qruplaşmanın toplantılarında və fəaliyyətlərində iştirak ediblər.

Faktla bağlı cinayət işi başlanılıb. Cinayətkar qruplaşmanın üzvlərinə qarşı qəsdən adam öldürməyə hazırlıq, adam öldürməyə cəhd, qanunsuz silah-sursat saxlama, xuliqanlıq, oğurluq, narkotik vasitələrin satışı və digər maddələrlə ittiham irəli sürülüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qruplaşmanın üzvləri saxlanılıblar. Dəstənin 10 üzvü barəsində dövlət tərəfindən cinayət təqibi başlanılıb. Hazırda ibtidai istintaq davam edir", - deyə məlumatda vurğulanır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək