Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Görüş baş tutmaya bilər
Görüş baş tutmaya bilər
Dünya

Görüş baş tutmaya bilər

Xpress.az Redaksiyası 04.02.2026 23:05

ABŞ və İran arasında cümə günü, fevralın 6-na planlaşdırılan nüvə danışıqları ABŞ tərəfinin görüşün Omana köçürülməsi tələbinə razılıq verməməsi səbəbindən baş tutmaya bilər.

Bu haqda “Axios” mənbələrə istinadən məlumat yayıb.

“Biz onlara dedik ki, ya bu, ya da heç nə, onlar isə “Yaxşı, onda heç nə” dedilər”, - ABŞ rəsmisi deyib.

ABŞ rəsmisi bildirib ki, İran ilkin danışıqlar formatına qayıdarsa, görüşlər bu həftə və ya gələn həftə baş tuta bilər.

Qeyd edək ki, “Reuters” daha əvvəl bildirmişdi ki, İran bu həftə ABŞ-la danışıqların Türkiyədə deyil, Omanda keçirilməsini və yalnız nüvə məsələlərinə dair ikitərəfli danışıqlarla məhdudlaşmasını tələb edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək