Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Rus ordusu niyə bu məntəqəni israrla istəyir?
Rus ordusu niyə bu məntəqəni israrla istəyir?
Dünya

Rus ordusu niyə bu məntəqəni israrla istəyir?

Xpress.az Redaksiyası 06.02.2026 09:21

Rusiya qoşunları Xarkov vilayətinin Barvenkovo yaşayış məntəqəsinə çıxmağa çalışır.

Axar.az xəbər verir ki, bunu Ukraynanın 429-cu "Axilles" pilotsuz sistemlər alayının komandiri Yuri Fedorenko deyib.

“Rusiya II Dünya müharibəsi dövrünün xəritələrindən istifadə edərək başa düşür ki, Barvenkovoya çıxmaqla Dneprdən Kramatorsk və Slovyanska gedən logistikanı bloklamaq mümkündür. Barvenkovo – düşmənin qışın sonu və yazın əvvəlinə qədər çatmaq istədiyi istiqamətdir”, – o qeyd edib.

Onun sözlərinə görə, Kreml hesab edir ki, bu qovşağın ələ keçirilməsi Ukrayna ordusunun təchizatında kritik problemlər yaradacaq:

“Eyni zamanda İzyum–Kramatorsk–Slovyansk avtomobil yolu atəş nəzarəti altındadır və hazırda mühəndislərimiz çox böyük iş görürlər – onu təhlükəsizlik dəhlizləri ilə bərkidir, düşmənin zərbələrindən sonra yol örtüyünü bərpa edirlər. Düşmən bu tapşırığı reallaşdıra biləcəkmi? Mənim fikrimcə – yox”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək