Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya ABŞ səfirliyi amerikalıları İranı dərhal tərk etmə...
ABŞ səfirliyi amerikalıları İranı dərhal tərk etməyə çağırıb-
Dünya

ABŞ səfirliyi amerikalıları İranı dərhal tərk etməyə çağırıb- BU SƏBƏBDƏN

Xpress.az Redaksiyası 06.02.2026 07:26

ABŞ səfirliyi təcili xəbərdarlıq yayaraq ABŞ vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb. Bildirilib ki, amerikalılar ABŞ hakimiyyət orqanlarının köməyinə etibar etməməli və ölkədən çıxış üçün əvvəlcədən müstəqil plan hazırlamalıdırlar.

Diplomatik missiya İranı əsasən quru yolu ilə — Ermənistan və ya Türkiyə üzərindən tərk etməyi nəzərdən keçirməyi tövsiyə edir. Xəbərdarlıqda vurğulanır ki, mümkün təxliyə planı ABŞ hökumətinin dəstəyindən asılı olmamalıdır.

Səfirlik eyni zamanda İranda internetin kəsilə biləcəyi ilə bağlı xəbərdarlıq edib. ABŞ tərəfi ölkədə olan ABŞ vətəndaşlarının saxlanılma riskini yüksək qiymətləndirir. Qeyd olunur ki, ABŞ pasportunun nümayiş etdirilməsi və ya ABŞ-la hər hansı əlaqənin açıq şəkildə göstərilməsi həbs üçün əsas ola bilər.

Bəyanatda xatırladılıb ki, ABŞ ilə İran arasında diplomatik və konsulluq münasibətləri mövcud deyil. Bu isə ABŞ vətəndaşlarına yerində yardım göstərmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Qeyd edək ki, daha əvvəl İranda baş verən etirazlar fonunda ABŞ prezidenti Donald Tramp İran hakimiyyətini dinc etirazları zorakılıqla yatıracağı təqdirdə “çox sərt” cavab tədbirləri ilə hədələmişdi. O, həmçinin “Abraham Lincoln” aviadaşıyıcı gəmisinin də daxil olduğu ABŞ hərbi donanmasının bir hissəsinin İran sahillərinə göndərildiyini açıqlamışdı.

Tramp Tehranı nüvə sazişini imzalamağa çağıraraq bildirib ki, əks halda ABŞ-ın mümkün yeni hücumları 2025-ci ilin iyununda baş verən hücumlardan “daha ağır” olacaq.

 Xpress.az 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək