Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm General DSX Mərkəzi Aparatına rəhbər
General DSX Mərkəzi Aparatına rəhbər
Gündəm

General DSX Mərkəzi Aparatına rəhbər təyin olundu

Xpress.az Redaksiyası 06.02.2026 15:07

Dövlət Sərhəd Xidmətində (DSX) aparılan kadr islahatları çərçivəsində daha bir general vəzifədə irəli çəkilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq Əmr imzalanıb.

Əmrə əsasən, general-mayor Faiq Məmmədov DSX Mərkəzi Aparatının yeni rəhbəri təyin edilib. Bu, Mərkəz Aparatın əsas idarəetmə strukturudur.

Qeyd edək ki, Faiq Məmmədov daha əvvəl DSX-də Baş idarə rəisi vəzifəsində işləyib. O həmçinin qısa müddətə DSX Akademiyasının rəis əvəzi olub.

General 2024-cü ildə ikinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək