Vanqa 2026-cı il hadisələrini qabaqcadan görmüşdü: Proqnozlar gerçəkləşməyə başlayır
Kehanetləri ilə məşhur olan bolqarıstanlı kahin Vanqa, yaxınlaşan 2026-cı il üçün bir sıra xəbərdaredici mesajlar qoymuşdu. Görücünün söylədiklərinə görə, dünya böyük sınaqlarla üz-üzə qalacaq.
Vanqa heç vaxt insanları qorxuda biləcək fikirləri açıq şəkildə deməkdən çəkinməyib. Hələ XX əsrdə o, 2020-ci illərdə bütün dünyanın müharibələrə və qarşıdurmalara sürüklənəcəyini bildirmişdi. Onun sözlərinə görə, insanlar “öz məzarlarını qazacaq, torpağı əsirgəməyəcəklər”.
Müharibələr və kataklizmlər
Kahinin proqnozlarına əsasən, təkcə müharibələr deyil, təbii fəlakətlər də bəşəriyyət üçün ciddi təhlükə yaradacaq. Vanqa planetin müxtəlif bölgələrində daşqınlar, zəlzələlər və uzunmüddətli quraqlıqların baş verəcəyini söyləyirdi.
“Dünyanın bir hissəsi donacaq, digər hissəsi isə yanacaq”, – deyə görücü bu fəlakətləri təsvir etmişdi.
Süni intellektin təhlükəsi
Vanqa texnologiyanın gələcək inkişafı barədə də fikirlər səsləndirib. Təxminən 60 il əvvəl süni intellekt və maşın zəkası haqqında danışmaq fantastika sayılsa da, Vanqa insanların gələcəkdə maşınlarla dost kimi danışacağını demişdi.
Lakin o, bu inkişafı müsbət hal kimi qiymətləndirmirdi. Onun fikrincə, yeni texnologiyalar elitalar tərəfindən cəmiyyətə nəzarət etmək üçün istifadə oluna bilər və bu, insanlıq üçün təhlükə yaradar.
Gələcək dəyişdirilə bilər
Bununla belə, Vanqa özü də proqnozlarının gələcəyin dəyişməz ssenarisi olmadığını vurğulayırdı. O hesab edirdi ki, insanların qərarları və davranışları gələcəyin istiqamətini dəyişə bilər.
Xpress.az