Alimləri narahat edən qeyri-adi obyekt
NASA Yerin cazibə qüvvəsini itirəcəyi barədə yayılan iddialara münasibət bildirib.
Xərçəngdən qoruyan vərdiş açıqlanıb.
Nevroloq Putinin qeyri-adi dözümlülüyünün sirrini izah edib.
Son günlər bəzi mənbələrdə “yadplanetli kosmik gəmi” kimi təqdim olunan 3I/ATLAS kometasında normadan kənar yeni xüsusiyyət qeydə alınıb. Bu barədə astronom Avi Loeb Medium platformasında paylaşım edib.
Alimin sözlərinə görə, obyektin müşahidəsi zamanı Reyli səpilməsi nəticəsində mavi çaları gücləndirə biləcək mikroskopik toz hissəcikləri aşkarlanmayıb. “Diqqətçəkən məqam odur ki, mavi rəng çalarının artmasına səbəb ola biləcək xırda toz hissəcikləri qeydə alınmayıb”, – deyə Loeb bildirib.
O həmçinin vurğulayıb ki, Günəş radiasiyasının təsiri altında xırda hissəciklər adətən Günəşdən əks istiqamətdə uzanan xarakterik kometa quyruğu formalaşdırmalıdır. Lakin Loebin fikrincə, 3I/ATLAS-ın ətrafında nisbətən iri toz hissəcikləri mövcuddur və bu da adi kometa quyruğunun müşahidə olunmamasını izah edir.
Qeyd edək ki, 3I/ATLAS ilk dəfə Havay adalarında yerləşən Pan-STARRS1 rəsədxanası tərəfindən aşkar edilib. Unikal xüsusiyyətlərinə görə obyekt alimlər üçün xüsusi maraq kəsb edir. Onun tərkibi və davranışı ulduzlararası cisimlər barədə yeni məlumatlar verə bilər.
Astronomların fikrincə, 3I/ATLAS kimi obyektlər planet sistemlərinin ilkin formalaşma mərhələləri və onların yarandığı mühit barədə qiymətli informasiya daşıya bilər. Tədqiqatlar davam edir və alimlər obyektin mənşəyini və təbiətini daha dəqiq müəyyənləşdirməyə çalışırlar.
3I/ATLAS ilk dəfə iyul ayında, qaz nəhənginin orbitinin daxilində görünən zaman qeydə alınıb. Trayektoriya parametrləri onun böyük ehtimalla Günəş sistemindən kənar mənşəyə malik olduğunu göstərir. Nüvəsinin ehtimal olunan diametri 20 kilometrə qədər qiymətləndirilir. Bu isə 3I/ATLAS-ı Günəş sisteminin hüdudlarında aşkar edilən üçüncü ulduzlararası obyektə çevirir.