Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Avropa Komissiyası “TikTok”a bu səbəbdən
Avropa Komissiyası “TikTok”a bu səbəbdən
Dünya

Avropa Komissiyası “TikTok”a bu səbəbdən xəbərdarlıq edib

Xpress.az Redaksiyası 06.02.2026 21:18

Avropa Komissiyası “TikTok”un istifadəçilərdə asılılıq yarada bilən dizayn xüsusiyyətlərinə görə xəbərdarlıq edib.

Komissiyanın ilkin qiymətləndirməsində platformadakı “Infinite Scroll”, “Autoplay” və fərdiləşdirilmiş tövsiyə alqoritminin istifadəçilərin özünü idarəetmə qabiliyyətini zəiflədiyi və asılılıq riskini artırdığı qeyd olunub.

Məlumata görə, bu xüsusiyyətlərin xüsusilə azyaşlılar və asılılığa meyilli yetkinlər üçün zərərli olduğu vurğulanıb.

Komissiya “TikTok”da ekran vaxtı məhdudlaşdırılması və valideyn nəzarəti funksiyalarının mövcud olduğunu qeyd etsə də, bu alətləri kifayət qədər təsirli saymır. Buna görə də platformanın dizaynında köklü dəyişikliklər tələb olunur: avtomatik ekran fasilələri tətbiq edilməli və “Infinite Scroll” funksiyası aradan qaldırılmalıdır.

“TikTok” tələbləri yerinə yetirməzsə, şirkət illik qlobal gəlirinin 6 faizi qədər cərimə ilə üzləşə bilər.

“TikTok” isə iddialara cavab vermək üçün vaxt istəyib və nəticələrə qarşı çıxacağını açıqlay

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək