Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Rusiya bu gedişlə Donbası neçə ilə işğal edə bilər...
Rusiya bu gedişlə Donbası neçə ilə işğal edə bilər?
Dünya

Rusiya bu gedişlə Donbası neçə ilə işğal edə bilər?

Xpress.az Redaksiyası 07.02.2026 09:44

Rusiya ordusu cəbhə xəttində tədricən irəliləyir, lakin bu irəliləyişin tempi o qədər zəifdir ki, rusların Donetsk vilayətinin bütün ərazisini tam nəzarətə götürməsi üçün iki ildən artıq vaxt lazım olacaq.

Bunu “DeepState” monitorinq layihəsinin həmtəsisçisi Ruslan Mikula Kiyev Təhlükəsizlik Forumunun xüsusi sessiyasında bildirib.

Onun hesablamalarına görə, 2022-ci ilə qədər ruslar Donetsk vilayətinin 32,3% ərazisinə nəzarət edirdilər. Genişmiqyaslı müharibənin ilk ilində, qəfil hücum amilinin hesabına Rusiya ordusu sürətlə irəliləyərək regionun daha 24,4% ərazisini ələ keçirdi. 2023-cü ildən etibarən müharibə mövqe xarakteri aldıqdan sonra isə bu günədək ruslar Donetsk vilayətinin əlavə 21,8% ərazisini işğal ediblər.

“Hazırda Ukrayna silahlı qüvvələrinin nəzarətində vilayətin 21,5% ərazisi qalır. Əgər 2025-ci ilin templərini əsas götürsək, (çünki bu il göstərici baxımından xarakterikdir) qarşı tərəfin Donetsk vilayətini tam işğal etməsi üçün azı 742 gün, yəni təxminən 2 il vaxt lazım olacaq”, — deyə Mikula vurğulayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək