Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Yunanıstan narahatdır:
Yunanıstan narahatdır:
Dünya

Yunanıstan narahatdır: ABŞ-la danışıqlar aparır...

Xpress.az Redaksiyası 07.02.2026 09:59

Yunanıstanın “Atlantic Sea LNG Trade” şirkəti Cənubi Avropaya tədarük üçün ABŞ-dan ildə 15 milyard kubmetrə qədər mayeləşdirilmiş təbii qazın (LNG) 20 il müddətinə təmin olunması üzrə danışıqlar aparır.

Bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Nəşr qeyd edir ki, danışıqlar Yunanıstanın Avropaya qaz nəqli üçün tranzit marşrutu kimi rolunu gücləndirmək istədiyi, eyni zamanda Avropanın 2027-ci ilin sonuna qədər Rusiyadan qaz idxalını dayandırmağa hazırlaşdığı bir dövrə təsadüf edir ki, bu da uzunmüddətli LNG tədarükləri uğrunda rəqabəti kəskinləşdirir.

Şirkət ABŞ-dan olan təchizatçılarla uzunmüddətli müqavilələr üzrə danışıqlar aparır və paralel olaraq Albaniya, Şimali Makedoniya, Bolqarıstan, Rumıniya, Macarıstan, Moldova, Avstriya və ehtimal ki, Ukraynadan olan potensial alıcılarla sövdələşməyə çalışır.

“Atlantic Sea LNG Trade” şirkətinin baş icraçı direktoru Aleksandros Ekzarxu bildirib ki, hazırda gələcək qiymətlər üzrə danışıqlar üçün ən yaxşı zamandır:

“Əgər Avropa bir daha qazdan asılı vəziyyətdə qalmaq istəmirsə, gələcəkdə balansı və münasib qiymətlərlə qazın əlçatanlığını təmin etmək üçün ABŞ-la uzunmüddətli razılaşmalar bağlamalıdır”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək