Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Zelenski danışıqlar HAQDA:
Zelenski danışıqlar HAQDA:
Dünya

Zelenski danışıqlar HAQDA: “Onlar Ukraynaya nifrət edirlər”

Xpress.az Redaksiyası 07.02.2026 20:39

“Düşünürəm ki, bizə qarşı münasibətləri əvvəlki kimidir, çünki onlar Ukraynaya nifrət edirlər, vəssalam… Buna görə də bizdə heç bir illüziya yoxdur. Danışıqlarda Kremlin nümayəndə heyəti artıq tarixi rəvayətlərdən danışmır, daha konkret məsələlərə toxunur. İndi söhbət başqa şeylərdən, daha dəqiq olaraq nələri etdiyimizdən və etmədiyimizdən, nəyə hazır olub-olmadığımızdan, atəşkəsin necə monitorinq ediləcəyindən və bu kimi konkret mövzulardan gedir”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski enerji sektoru üzrə iclasın yekunlarına dair bildirib.

Zelenski qeyd edib ki, danışıqlar zamanı Rusiya tərəfinin ritorikasında dəyişikliklər var, lakin onlara inam sıfırdır. O, həmçinin vurğulayıb ki, yaxın günlərdə vilayət rəhbərləri, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Ukrayna Müdafiə Nazirliyi müəyyən bölgələrin ümumi müdafiə sistemində mobil atəş qrupları komponentinin əlavə gücləndirilməsini təmin etməlidir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək