Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Donald Tramp ABŞ-ın silah satışı qaydalarını dəyiş...
Donald Tramp ABŞ-ın silah satışı qaydalarını dəyişib
Dünya

Donald Tramp ABŞ-ın silah satışı qaydalarını dəyişib

Xpress.az Redaksiyası 08.02.2026 09:16

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun digər ölkələrə silah satışı yanaşmasını dəyişdirən sərəncam imzalayıb.

Yeni qaydalara əsasən, Amerika silahlarının alınmasında prioritet yüksək müdafiə xərcləri olan və öz regionlarında strateji əhəmiyyət daşıyan ölkələrə veriləcək.

Agentliyin yazdığına görə, sənəd federal qurumlara “özünümüdafiə imkanlarına əhəmiyyətli investisiya yatırmış, mühüm mövqelər tutan və ya əsas coğrafi regionlarda yerləşən tərəfdaşlara xarici hərbi satışlara üstünlük verməyi” tapşırır.

Məlumata görə, bu addım müttəfiqlərə Amerika silahlarının tədarükünü sürətləndirmək, həmçinin xarici sifarişlər hesabına ABŞ-ın öz istehsal güclərini genişləndirmək məqsədi daşıyır. (Reuters)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək