Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Hindistan İranın neft daşıyan tankerlərini
Hindistan İranın neft daşıyan tankerlərini
Dünya

Hindistan İranın neft daşıyan tankerlərini ƏLƏ KEÇİRİB

Xpress.az Redaksiyası 08.02.2026 20:05

Hindistan Sahil Mühafizəsi keçirdiyi əməliyyat zamanı İranla əlaqəli üç neft tankerinin ələ keçirildiyini bildirib.

Məlumatı "Azad İran" "Telegram" kanalı İran mediasına istinadən yayıb.

Məlumata görə, Hindistan gəmiləri beynəlxalq sanksiyaları pozan və qanunsuz neft qaçaqmalçılığı ilə məşğul olan üç tankeri saxlayıblar. Yerli media bu tankerlərin eyni şirkətə məxsus olduğunu və 2025-ci ildə ABŞ tərəfindən sanksiyalar siyahısına salındığını qeyd edib.

Bununla yanaşı, "TankerTrackers" analitik platforması Hindistan tərəfindən saxlanılan tankerlərin ABŞ-nin sanksiya siyahısında olan "Stellar Ruby", "Al Jafzia" və "Asphalt Star" adlı gəmilər olduğunu açıqlayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək