Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Mədəniyyətimizi yaşatmaq, əslində torpaqlarımıza s...
Mədəniyyətimizi yaşatmaq, əslində torpaqlarımıza sahib çıxmaqdır!
Ana səhifə

Mədəniyyətimizi yaşatmaq, əslində torpaqlarımıza sahib çıxmaqdır!

Xpress.az Redaksiyası 09.02.2026 09:09

Bu uzun yazıda Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasında mədəni irs məsələsinin strateji önəmindən, Mirzə Qədim İrəvaniyə həsr olunmuş kitabın əhəmiyyətindən bəhs etməyə çalışmışam.

Mədəniyyətimizi yaşatmaq, əslində torpaqlarımıza sahib çıxmaqdır. Mövzu ilə maraqlananlar üçün təqdim edirəm:

Parlayan rənglərin işığındakı silinməz izlər.

İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya – Qayıdış Konsepsiyasında “İcma BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irsin vəziyyətinin dəyərləndirilməsinə, o cümlədən, zərər vurulmuş və yer üzündən silinmiş mədəni irs nümunələrinin siyahısının hazırlanmasına və Ermənistan hökumətinin onları bərpa etmək və qorumaq öhdəliyini icra etməsinə nail olmaq üçün səy göstərəcək” cümləsi təsadüfi yazılmış cümlə deyil. Bu cümlədə əsas diqqətçəkən məqam yer üzündən silinmiş mədəni irs nümunələrinin siyahısından bəhs olunmasıdır. Bu siyahıda nə var? Böyük bir mədəniyyətin izləri.

Azərbaycanlıların indiki Ermənistana qayıdışı bəlkə də ilk növbədə bu zəngin mədəniyyəti mənimsəyib, sahiblənməkdən, bu mədəniyyəti yaşatmaqdan, onun ənənələrini gələcək nəsillərə ötürməkdən keçir.

Təəssüf ki, 1918-ci ildə İrəvanın ermənilərə güzəştə gedilməsi ilə başlayan faciəvi proses, təkcə siyasi itki deyil, həm də böyük bir mədəni soyqırımla nəticələndi. Ermənistanın irqçi siyasəti nəticəsində Azərbaycan memarlığının incisi olan Sərdar sarayı bərbad hala salındı, Azərbaycanın görkəmli rəssamı, dəzgah boyakarlığımızın banisi Mirzə Qədim İrəvaninin can verdiyi divar rəsmləri məhv edildi. Bu, bir xalqın tarixini, yaddaşını və kimliyini coğrafiyadan silmək cəhdi idi.

Ötən il fevral ayının 14-də Prezident İlham Əliyev tərəfindən imzalanmış “Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncam təkcə Mirzə Qədim İrəvaninin yaradıcılığının öyrənilməsi üçün deyil, eyni zamanda İrəvan mədəni mühitinin tədqiqi və gələcək nəsillərə çatdırılması baxımından bir çox mühüm addımların atılması üçün əsas yaratdı. Fikrimcə bu Sərəncam təkcə sənətə ehtiramın simgəsi olmayıb, həm də qədim torpaqlarımızda mədəni irsimizin silinməzliyini bəyan edən tarixi sənəddir.

Çünki İi ərzində biz yalnız bir rəssamın yaradıcılığından deyil, bütöv bir mədəniyyətin, tarixin və sarsılmaz izlərin təcəssümündən bəhs edən işlərin şahidi olduq.

Fevralın 6-da ön sözünün müəllifi olduğum filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının Təşəbbüslər və Layihələr Mərkəzinin ideyası və təşkilatçılığı ilə qələmə aldığı "Mirzə Qədim İrəvani: Parlaq rənglərin işığında" kitabının təqdimatını keçirdik.

Kitabın hazırlanması və təqdimatın keçirilməsi Azərbaycanın uzunmüddətli tərəfdaşı kimi təkcə enerji sektorunda deyil, həm də ölkənin zəngin mədəni irsinin qorunması və təbliği istiqamətində mühüm sosial məsuliyyət layihələri həyata keçirən BP-nin dəstəyi ilə baş tutdu.

Bundan bir gün sonra Qərbi Azərbaycan İcması bəyanat yaydı. Bəyanatın mahiyyəti odur ki, Azərbaycan-Ermənistan normallaşma prosesində müşahidə olunan müsbət dinamikaya zidd olaraq, Ermənistanda məhkəmənin Samvel Şahramanyan adlı şəxsin qondarma qurumun “özünü buraxması barədə qərarı”nın güc tətbiqi və ya təhdid altında verilməsi və buna görə də, hüquqi qüvvəyə malik olmaması barədə təxribatçı qərar çıxarıb. İcma haqlı olaraq bu qərarı hiddətlə qarşılayır.

Fikrimcə Ermənistandakı məhkəmələr bu cür sərsəm qərarlar çıxarmaqdansa, ilk növbədə 1987-1991-ci illərdə öz doğma torpaqlarından və evlərindən zorla, sistematik şəkildə çıxarılmış, etnik təmizləmə və soyqırımına məruz qalmış azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiya olunması, dinc insanların işgəncəyə məruz qalması, xəsarət alması və öldürülməsi cinayətlərini törədənlərin, onların geri qayıtmaq hüququnu tanımamaqla uzanan cinayətləri davam etdirənlərin cinayət məsuliyyəti barədə düşünməlidir.

İndiki Ermənistanda azərbaycanlıların 700-dən artıq qəbristanlığını, məscidlərini, Mirzə Qədim İrəvani kimi rəssamların yaradıcılığının daşıyıcıları olan sarayların dağıdılmasını pisləyən və mümkün təqsirkar şəxslərin hüquqi məsuliyyətini müəyyən edən məhkəmə qərarları çıxarmalıdır.

Artıq bir neçə ildir ki, davamlı surətdə azərbaycanlıların indiki Ermənistanda qoyub gəlməyə məcbur olduqları mədəni irslə bağlı tədbirlərin görülməsi məsələsini gündəmdə saxlayır, məqalələr yazır, müxtəlif layihələr icra edirik. Lakin müşahidələrim göstərir ki, bu heç də hamını sevindirmir. Bəziləri qıt ağılları başa düşməkdə çətinlik çəkirlər ki, biz başladığımız işi yarıda buraxmarıq. Qayıdış Konsepsiyasının 4.8. bəndi təsadüfən yazılmayıb. Bu bənd Qərbi Azərbaycana qayıdışı sadəcə fiziki köç deyil, həm də beynəlxalq hüquq müstəvisində tarixi yaddaşın bərpası və milli identikliyimizn sübutu olan mədəni izlərimizin hüquqi pasportuna sahib çıxmaq hərəkatına çevirir, özündə mədəni irsimizə sahiblənməyi təşviq edir.

Ermənistandakı məhkəmənin qərarı bir daha göstərir ki, insan hüquqlarının təməl prinsipi kimi, azərbaycanlıların öz doğma torpaqlarına sülh yolu ilə, ləyaqətli, təhlükəsiz şəkildə qayıdışı bölgədə davamlı və israrlı sülhün bərqərar olması üçün əsas çıxış yoludur. Bu yolun başlanğıcı isə mədəni irsimizə sahib çıxmaqdan başlayır. Biz yalnız evlərimizə deyil, həm də mənimsənilmiş mədəniyyətimizə sahib çıxmaq üçün qayıtmalıyıq!

Qalib QASIMOV

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Azərbaycanda sahibkarların ən çox olduğu iqtisadi rayonlar - SİYAHI

03.11.2026 10:11 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək