Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya İsraildə İran agentləri
İsraildə İran agentləri
Dünya

İsraildə İran agentləri SAXLANILDI

Xpress.az Redaksiyası 09.02.2026 22:32

İsrail Ümumi Təhlükəsizlik Xidməti və polis əməkdaşları İran agentləri ilə əlaqədə şübhəli bilinən jurnalisti saxlayıblar.

Bu barədə "Ynet" məlumat yayıb.

Bildirilib ki, şübhəli şəxs yanvarın sonunda, naməlum şəxslərin ona müraciət etməsi barədə polisin kiberşöbəsinə məlumat verdikdən bir neçə gün sonra saxlanılıb.

Nəşr qeyd edib ki, jurnalistlə sosial şəbəkələr vasitəsilə əlaqə saxlayıblar, ondan pul müqabilində etiraz aksiyaları, həmçinin Qüdsün mərkəzi küçələrinin şəkillərini çəkməyi xahiş ediblər. O, əvvəlcə heç nədən şübhələnməyib, çünki işi çərçivəsində oxşar təkliflər alıb. Daha sonra isə kibertəhlükəsizlik şöbəsi ilə əlaqə saxlayaraq bu müraciətlər barədə məlumat verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onun həbs müddətini uzatmağa çalışsalar da, müraciət apellyasiya məhkəməsi tərəfindən rədd edilib. Nəşr bildirib ki, o, hazırda ev dustaqlığına buraxılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək