Okeanın dibində 200 metr dərinlikdə şirin su ehtiyatları aşkar edilib
Alimlər okeanın dibində, qum qatının təxminən 200 metr altında böyük həcmdə şirin su yataqları aşkar ediblər. Bu cür ehtiyatların mövcudluğu ilə bağlı nəzəriyyələr əvvəllər də irəli sürülmüşdü, lakin son tədqiqatlar onların real olduğunu təsdiqləyib.
Tədqiqatçıların ilkin hesablamalarına görə, okean dibi altında yerləşən bu şirin su ehtiyatları qurudakı mövcud yeraltı su yataqlarından qat-qat böyük ola bilər.
Mütəxəssislər bildirirlər ki, sözügedən su ehtiyatları son buz dövründə, dəniz səviyyəsinin indikindən xeyli aşağı olduğu dövrdə formalaşıb. Həmin vaxt yağan yağış və qar suları torpaq qatlarına hoparaq yerin dərinliklərində toplanıb və sonradan dəniz səviyyəsinin qalxması ilə okean dibinin altında qalıb.
Araşdırmalar davam edir və alimlər bu ehtiyatların həcmi, keyfiyyəti və potensial istifadəsi ilə bağlı daha dəqiq məlumatlar əldə etməyə çalışırlar.
Xpress.az