Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm "Sevgililər günü" bu şəxslər
"Sevgililər günü" bu şəxslər
Gündəm

"Sevgililər günü" bu şəxslər CƏRİMƏLƏNƏCƏK

Xpress.az Redaksiyası 13.02.2026 16:40

Hər il olduğu kimi, 14 Fevral - Sevgililər Günü ərəfəsində paytaxt və bölgələrdə fəaliyyət göstərən gül və hədiyyə dükanlarında canlanma müşahidə olunur. Lakin alıcıların sözlərinə görə, bayram yaxınlaşdıqca bəzi satış məntəqələrində qiymətlərdə süni artım halları da qeydə alınır. Xüsusilə qızılgül, buketlər və romantik hədiyyələr əvvəlki günlərlə müqayisədə daha baha təklif olunur.

Xpress.az xəbər verir ki, bu barədə hüquqşünas Aysel Süleymanova Demokrat.az-a açıqlama verib. O deyib ki, 14 Fevral ərəfəsində gül və hədiyyə dükanlarında müşahidə olunan süni qiymət artımları qanun pozuntusudur:

"Azərbaycan qanunvericiliyinə görə sahibkar qiyməti sərbəst müəyyən etsə də, bu bazarda qıtlıq yaradaraq və ya istehlakçını aldatmaq yolu ilə sui-istifadə predmetinə çevrilə bilməz. Süni qiymət artımı halları "Rəqabət Məcəlləsi" və antiinhisar qanunvericiliyi ilə qadağan olunur. Bu cür hallar aşkar edildikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən araşdırma aparılır. Araşdırma zamanı qiymətlərin əvvəlki dövrlə müqayisəsi, alış sənədləri və maya dəyəri yoxlanılır. Əsassız qiymət artımı təsdiqlənərsə, sahibkara inzibati cərimə tətbiq oluna bilər. Cərimələr hüquqi şəxslər üçün daha yüksək məbləğdə müəyyən edilir. Bundan əlavə, qanun pozuntusunun təkrarlanması fəaliyyətin müvəqqəti dayandırılmasına da səbəb ola bilər. İstehlakçıların aldadılması faktı sübuta yetirilərsə, ödənilmiş vəsaitin geri qaytarılması tələb oluna bilər. İstehlakçılar qiymət artımı ilə bağlı rəsmi qurumlara şikayət etmək hüququ var".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu gün dünya liderləri iqlim diplomatiyası üçün Antalyada görüşür

11.11.2026 09:17 Gündəm

Paşinyan Türkiyəyə səfər edib

11.11.2026 09:08 Gündəm

Lökbatanda itlər sakinə hücum etdi -

11.11.2026 08:52 Ana səhifə

Rubio: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac qalmır

10.11.2026 20:32 Dünya

Prezident İlham Əliyev Türkiyəyə səfər edib -

10.11.2026 19:19 Siyasət

Gürcüstan Azərbaycandan xiyar alışını artırıb

10.11.2026 17:42 İqtisadiyyat

Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar...

10.11.2026 16:47 Dünya

Zəngəzur dəhlizinin bütün hissələri 4 dörd ildən sonra istifadəyə veriləcək

10.11.2026 16:19 İqtisadiyyat

SEPAH-ın yeni raket şəhəri təqdim olunub

10.11.2026 15:52 Dünya

Quterreş: Türkiyə COP31-ə yüksək səviyyədə ev sahibliyi edir

10.11.2026 15:43 Gündəm

Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar

10.11.2026 15:39 İqtisadiyyat

COP31 prezidenti Azərbaycanın iqlim prosesinə verdiyi töhfəni qeyd edib

10.11.2026 15:06 Gündəm

Japarov Qırğızıstan Prezidenti postuna namizədliyini irəli sürüb

10.11.2026 14:48 Dünya

Keçmiş COP sədrləri COP31 Sədrliyinə dəstək bəyanatı yaydı

10.11.2026 14:25 Gündəm

Bakıda intensiv yağış yağacaq -

10.11.2026 14:13 Cəmiyyət

Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

10.11.2026 13:49 Gündəm

“Güclü Ermənistan”ın namizədi həbsxanada vəfat etdi

10.11.2026 13:41 Dünya

Rəsmi Bakı Polşaya başsağlığı verib

10.11.2026 13:28 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək