Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Çindən Azərbaycana bağlama göndərişləri gecikə bil...
Çindən Azərbaycana bağlama göndərişləri gecikə bilər -
Gündəm

Çindən Azərbaycana bağlama göndərişləri gecikə bilər - SƏBƏB

Xpress.az Redaksiyası 13.02.2026 16:46

Çindən bağlamaların Azərbaycana göndərişində müvəqqəti fasilələr və gecikmələr yarana bilər.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb.

Bildirilir ki, Çində bayram günləri ilə əlaqədar olaraq 15 fevral - 23 fevral 2026-cı il tarixləri rəsmi qeyri-iş günləridir. Qeyd olunan dövrdə Çin ərazisində fəaliyyət göstərən anbarların əksəriyyətinin iş rejimində məhdudiyyətlər tətbiq olunur. Göndəriş proseslərinin bayramdan sonra mərhələli şəkildə bərpa olunacağı gözlənilir.

Agentlik istifadəçilərə sifarişlərini planlaşdırarkən bu məqamları nəzərə almağı tövsiyə edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək