Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Hindistan Rusiyadan raket alacaq
Hindistan Rusiyadan raket alacaq
Dünya

Hindistan Rusiyadan raket alacaq

Xpress.az Redaksiyası 15.02.2026 19:32

Hindistan Rusiyadan 288 ədəd “S-400” raketi alacaq.

Müdafiə naziri Rajnath Singhin sədrliyi ilə keçirilən Müdafiə Satınalmaları Şurası Rusiyadan 10 min krore rupi (1,2 млрд dollar) dəyərində 288 ədəd S-400 zenit-raket sisteminin alınmasına icazə verib.

Təsdiqlənmiş müqavilə 120 ədəd qısa mənzilli və 168 ədəd uzaq mənzilli raketi əhatə edəcək və alış sürətləndirilmiş prosedur (Fast Track Procedure, FTP) çərçivəsində həyata keçiriləcək. Hindistan Müdafiə Nazirliyi də ehtiyatların bərpası məqsədilə Rusiyadan 288 ədəd "S-400" zenit-raket kompleksinin alınmasını təsdiqləyib.

Hindistan Hərbi Hava Qüvvələri Rusiyadan əlavə beş S-400 kompleksi və “Pantsir” qısa mənzilli sisteminin alınmasını da dəstəkləyir.

Hindistan artıq bağlanmış müqavilələr əsasında daha iki "S-400" sistemini cari ilin iyun və noyabr aylarında təhvil alacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək