Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Yalçın Rzazadənin oğlu efirdə ƏSƏBİLƏŞDİ - siyahın...
Yalçın Rzazadənin oğlu efirdə ƏSƏBİLƏŞDİ - siyahını cırdı, qadağa qoydu -
Ana səhifə

Yalçın Rzazadənin oğlu efirdə ƏSƏBİLƏŞDİ - siyahını cırdı, qadağa qoydu - VİDEO

Xpress.az Redaksiyası 16.02.2026 12:48

Mərhum Xalq artisti Yalçın Rzazadənin oğlu, müğənni Mətin Rzazadə "Günə Uğurla" verilişində qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

Canlı efirdə çıxış edən Mətin Rzazadə həmkarı Meydan Əsgərovun ifasını sərt tənqid edib. O, bildirib ki, atasının repertuarından səsləndirilən mahnılardan biri düzgün ifa olunmayıb:

"O mahnını yaxşı oxumayıb, 'YouTube'dan sildirəcəyəm".

Bununla kifayətlənməyən sənətkarın oğlu efirə atasının mahnılarını onun fikrincə uğursuz ifa edən müğənnilərin adlarının yer aldığı siyahı ilə çıxıb. O, həmin siyahını canlı yayımda cıraraq parçalayıb. Studiyada gərginlik yaşanıb və müzakirələr alovlanıb.

Mətin Rzazadə qeyd edib ki, atasının sənət irsinə hörmətlə yanaşılmalıdır və hər ifaçı bu mahnıları səsləndirməməlidir. O, bir çox sənətçiyə Yalçın Rzazadənin mahnılarını ifa etməyə qadağa qoyduğunu da açıqlayıb.

Bu addım sosial şəbəkələrdə və sənət cameəsində birmənalı qarşılanmayıb. Bəzi izləyicilər Mətin Rzazadənin atasının irsini qorumaq istədiyini desə də, digərləri mahnıların ifa edilə biləcəyini vurğulayıblar.

Qeyd edək ki, Yalçın Rzazadə Azərbaycan musiqi sənətində özünəməxsus iz qoymuş sənətkarlardandır və onun repertuarı bu gün də bir çox ifaçılar tərəfindən səsləndirilir. Qalmaqal ətrafında müzakirələr davam edir.

Milli.Az 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Azərbaycanda sahibkarların ən çox olduğu iqtisadi rayonlar - SİYAHI

03.11.2026 10:11 İqtisadiyyat

Qadınların xoşbəxt yaşaması üçün imtina etməli olduğu

03.11.2026 09:59 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək